Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad EDİLDİ

22:29 07.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyev vəzifəsindən azad edilib.

Hafta.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal aşkar edilib. /unikal/